
İbadov Sabir Adil oğlu
i e n, dosent , aparıcı elmi işçi
1930-cü ildə anadan olmuşdur. 1949-cü ildə məktəbi bitirib.
Təhsili, Elmi dərəcəsi və adları.
1949-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş. 1954-cü ildə ADU-nun Tarix fakültəsinin siyasi iqtisadi ixtisası üzrə bitirmiş.
1967-ci ildə «Siyasi iqtisadın predmetinin müəyyən edilməsinin tarixi inkişaf mərhələləri və onun daha da təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyəti
1954-1957: Azərbaycan Maliyyə-kredit texnikumunda siyasi iqtisad müəllim
1957-1959: Bakı-Kooperativ Texnikumunda siyasi iqtisad müəllim
1959-1962: BDU-nun «Siyasi iqtisad» kafedrasında aspirant
1963-1970: Azərbaycan Politexnik İnstitutunda siyasi iqtisad müəllim, baş müəllim və dosent
1970: BDU-nun «Siyasi-iqtisad» kafedrasında baş müəllim
1972: BDU-nun «Siyasi-iqtisad» kafedrasında dosent
22.04.2004– dən hal-hazıra qədər: BDU-nun «Siyasi-iqtisad» kafedrasında kafedra müdiri
İqtisadiyyat (iqtisadi nəzəriyyə) və iqtisadi təlimlər tarixi fənnləri üzrə dərs aparır.
Bir monoqrafiyanın (kollektiv), 7 kitabın (şərikli) və bir dərsliyin müəllifidir. Ali məktəblər üçün 3 iqtisadi nəzəriyyə və Azərbaycan iqtisadiyyat dərsliklərinin ümumi redaktorundan biri və həmmüəllifdir.75 elmi əsərləri var.
Tədqiqat sahəsi
İqtisadi qloballaşma və milli iqtisadiyyatın müstəqilliyi problemləri. Azərbaycanın keçid dövrü iqtisadiyyatı və dövlətin iqtisadi-siyasəti.
Seçilmiş əsərləri
1. «Azərbaycanın keçid dövrü dövlətinin iqtisadi funksiyaları». Gənc tədqiqatçıların Azərbaycan müstəqillik yollarında: problemlər, perspektivlər mövzusunda elmi-praktik konfransın materialları». BDU-nun nəşriyyatı 2004.
2. «Iqtisadi qloballaşmanın Azərbaycanın iqtisadiyyatı üçün pozitiv və neqativ nəticələri»nə dair. Bakı. AMEA Xəbərləri, İqtisadiyyat seriyası 2004-si il №2. 18 jurnal səhifəsi.
3. «Qlobal iqtisadiyyat yolu. Böyük İpək yolunun-bərpasının Azərbaycanın müstəqil iqtisadiyyatının formalaşmasında rolu». Bakı. AMEA Xəbərləri, İqtisadiyyat seriyası 2005.№1.
4. Keçid dövrü iqtisadi münasibətlərinin formalaşmasının qanunauyğunluqları. «Yeni dünyanın sosial-siyasi və iqtisadi problemləri» (məqalələr toplusu) BDU. 2007.
5. «Milli iqtisadiyyat: məzmunu və müstəqil mövcudluğunun zəruri şərtləri» AMEA Iqtisadiyyat Institutu. Milli iqtisadiyyatın problemləri. (məqalələr toplusu) 2-ci buraxılış 2007. s.3-20.
6. İqtisadi təlimlər tarixi fənninin proqramı. Bakı Universitetinin nəşriyyatı 2007.
7. «Müsətəqil milli iqtisadiyyat: məzmunu və formalaşdırılmasının nəzəri problemləri». BDU-nun Xəbərləri. №4, 2007
8. Azərbaycanın milli iqtisadiyyatının maddi-texniki bazasının yaradılması problemi. BDU «Müasir dövrün sosial-iqtisadi problemləri» (məqalələr toplusu). 2008.
9. İqtisadi qloballaşma və müstəqil milli iqtisadiyyatın inkişafı problemləri. AMEA İqtisadiyyat İnstitutu. «Bazar iqtisadiyyatı şəraitində Azərbaycanın milli iqtisadiyyatının dayanaqlı inkişafının əsas istiqamətləri» monoqrafiyasında IV mövzu. B., «Elm». 2008.
10. İqtisadi təlimlər tarixi. II hissə. Ali məktəblər üçün dərs vəsaiti. Həmmüəllif. B., 1971.
11. Müasir dövrdə imperializmin iqtisadi qanunauyğunluqları. Dərs vəsaiti. Elmi redaktor, həmmüəllif. B., 1973.
12. İqtisadi nəzəriyyə. 1-ci hissə. Ali məktəblər üçün dərs vəsaiti, həmmüəllif. B., 1993.
13. İqtisadi nəzəriyyə. 2-ci hissə.Ali məktəblər üçün dərs vəsaiti, həmmüəllif. B., 1997.
14. Azərbaycan iqtisadiyyatı. Dərslik - ümumi redaktorlardan biri, həmmüəllif. B., 1998.
15. İqtisadi nəzəriyyə. Ali məktəblər üçün dərslik, həmmüəllif. B., 2002.
16. İqtisadiyyat (iqtisadi nəzəriyyə). Ali məktəblər üçün dərslik, müəllif. B., 2008. |